Rusiya ilə müharibədə daha bir ukraynalı idmançı öldürülüb.
Manset.az UNİAN-a istinadla xəbər verir ki, Xarkovu müdafiə edən 44 yaşlı veteran futbolçu Artur Qritsenko döyüşlərdə həlak olub.
Qritsenko "Karpatı"nın keçmiş müdafiəçisi desant-həmlə briqadasında hərbçi olub.
O, peşəkar futbolçu karyerasına Lvovda başlayıb. "Karpatı"nın heyətində Ukrayna Premyer Liqasında bir oyun keçirib.
