Almaniyada Ukrayna əsgərlərinə təlim keçiriləcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniyanın müdafiə naziri Kristina Lambrext ABŞ müdafiə naziri Lloyd Ostinin ev sahibliyi ilə Almaniyadakı ABŞ Ramşteyn bazasında keçirilən Ukraynaya dəstək iclasında çıxış edib.
O, Ukrayna əsgərlərinin Almaniyada təlim keçəcəyini açıqlayıb.
Lambrext Ukrayna əsgərlərinə alman torpaqlarında artilleriya sistemləri öyrətmək üçün amerikalılarla birlikdə çalışdıqlarını, Hollandiya və Ukrayna əsgərlərinə haubitsa mövzusunda da təlim keçəcəklərini və döyüş sursatları verəcəklərini bildirib.