Ukraynanın Buça şəhərindəki qətliama aid yeni məlumatlar ortaya çıxıb.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, məlumata görə, Buçada mülki əhali mismarlı güllələrlə öldürülüb.
Patoloqlar, tibb mütəxəssisləri, insanların baş və sinə nahiyələrinə batmış kiçik metal mismarlar aşkar ediblər.
Silah mütəxəssisləri mismarlı güllələrin Birinci Dünya Müharibəsində geniş istifadə olunmuş anti-personal silah olan “Flechette” olduğunu bildirib.
