Braziliyada üç yaşlı uşaqda “Omikron”un yeni növü aşkar edildi

09:37 - 28 Aprel 2022

Braziliyada üç yaşlı uşaqda “Omikron”un yeni növü aşkar edildi

Braziliyalı epidemioloqlar koronavirusun “Omikron” ştammının yeni növünü müəyyən ediblər.

 

Manset.az xarici mənbəyə istinadən xəbər verir ki, söhbət “Omikron”un BA.1 və BA.2-nin birləşmiş versiyasının mutasiyasından gedir.

Yeni ştamm fevralın 16-da San-Pauloda üç yaşlı uşaqda tapılıb.

Bununla belə, elm adamları qeyd edirlər ki, hələlik “Omikron”un yeni rekombinasiyasının yaranması haqqında danışmaq üçün heç bir əsas yoxdur, çünki bunun üçün müvafiq mutasiya ən azı beş nümunədə təsdiqlənməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az