2016-cı ildə 66 nəfərin ölümünə səbəb olan “EgyptAir” təyyarəsinin qəzaya uğrama səbəbi müəyyənləşib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2016-cı ildə Misirin paytaxtı Qahirəyə getmək üçün Fransanın Paris Şarl de Qoll bölgəsindən havaya qalxan “EgyptAir” aviaşirkətinə məxsus MS804 reysi Yunanıstanın Krit adasının cənub hissəsində qəzaya uğrayıb.
Qəza nəticəsində 66 sərnişin və ekipaj üzvü həlak olub.
Qara qutu üzərində uzun illər davam edən araşdırma tamamlanıb və təyyarənin pilotunun kabinədə yandırdığı siqaretin təcili maskadan sızan oksigenlə reaksiya verərək partlayışa səbəb olduğu açıqlanıb.