Mayın 1-indən etibarən Ukraynanın bu şəhərində "rubl"dan istifadə olunacaq

15:48 - 28 Aprel 2022

Mayın 1-indən etibarən Ukraynanın bu şəhərində \"rubl\"dan istifadə olunacaq

Xerson şəhərində artıq qrivna yerinə rubldan istifadə olunacaq.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın nəzarətə götürdüyü Ukraynanın Xerson vilayətinə Moskva tərəfindən təyin edilmiş yerli administrasiya sədrinin müavini Kirill Stremousov şəhərdə mayın 1-dən etibarən Rusiya valyutası olan rubldan istifadə ediləcəyini açıqlayıb:

“Mayın 1-dən biz rubl ilə ödənişə keçirik. Hazırda rubl və qrivna dövriyyədə olacaq. Bu keçid dövrü 4 aya qədər başa çatacaq. Sonra tamamilə rublla ödəniş sisteminə keçəcəyik”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az