“Cill Baydenin Ukraynaya səfəri təhlükəsiz keçməyib” - ABŞ kəşfiyyatı

20:07 - 10 May 2022

“Cill Baydenin Ukraynaya səfəri təhlükəsiz keçməyib” - ABŞ kəşfiyyatı

“ABŞ-ın birinci xanımı Cil Baydenin Ukraynaya son səfəri tam təhlükəsiz olmayıb”.

Manşet.az xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının direktoru Skott Berrye deyib.

Berrye “Ukraynada kiminsə indi “ciddi təhlükə” altında olduğuna inanırsınızmı” sualına belə cavab verib: 
“Bəli, əlbəttə ki”.

Daha sonra ondan ABŞ-ın birinci xanımı Cil Baydenin Ukraynaya son səfərinin “tamamilə təhlükəsiz” olduğunu düşünüb-düşünmədiyini soruşublar.

“Xeyr, mən bunu deməzdim”, - deyə ABŞ hərbi kəşfiyyatının rəhbəri cavab verdi.

Ağ Evin mətbuat fondunun daha əvvəl bildirdiyi kimi, ABŞ-ın birinci xanımı Avropaya səfəri çərçivəsində keçən həftə sonu Ukraynada iki saatdan az vaxt keçirib. Onun səfəri əvvəlcədən elan edilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az