Ukraynanın birinci prezidenti Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra mayın 10-da vəfat edib.
Manşet.az xəbər verir ki, o, hələ ötən ilin iyununda ürəyində cərrahiyyə əməliyyatı keçirib.
Əməliyyatdan sonra Kravçuk xeyli müddət reanimasiyada qalıb.
Müstəqil Ukraynanın ilk dövlət başçısının 89 yaşında vəfat etdiyi bildirilib.