İsrail hərbçilərinin açdığı atəş nəticəsində "Al-Jazeera"nın müxbiri öldü

12:39 - 11 May 2022

İsrail hərbçilərinin açdığı atəş nəticəsində \"Al-Jazeera\"nın müxbiri öldü

"Al-Jazeera" telekanalının müxbiri Şirin Əbu Akla işğal altındakı İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində ölüb.

 

Manset.az "Haber Global"a istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, 51 yaşlı Aklanın başından ağır yaralandığı və həyatını itirdiyi bildirib.

O, 1997-ci ildən Qətərin “Al-Jazeera” telekanalında işləyir.

Məlumata görə, hərbçilərin açdıqları atəş nəticəsində daha bir neçə jurnalist və digər mülki şəxslər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az