İstanbulun Fatih bölgəsində avtobusla tramvay toqquşub.
Manset.az “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub. Yaralılara orada ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.
Hazırda hadisə yerində araşdırma davam edir.


