Şimali Koreya ölkədə ilk koronavirus hallarının müşahidə edildiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, pandemiyanın başlanğıcından ölkə sərhədlərində sərt tədbirlər həyata keçirən Şimali Koreyanın paytaxtı Pxenyanda qızdırmalı xəstələrdən götürülmüş nümunələrdə koronavirus aşkarlanıb.
Neçə nəfərin xəstə olduğu bildirilməsə də, yoluxma hallarının Omicron BA.2 variantları olduğu bildirilib.
Şimali Koreya lideri Kim Jong-un da daxil olduğu yüksək səviyyəli rəsmilər pandemiya vəziyyətini müzakirə etmək üçün keçirdikləri toplantıda “maksimum fövqəladə pandemiyadan qorunma sistemi” tətbiq edəcəklərini açıqlayıblar.