Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

16:25 - 26 İyul 2022

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların müddətini altı ay uzadıb. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb. 

Məlumata görə, bu gün Şura Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin 2023-cü il yanvarın 31-nə qədər uzadılması barədə qərar qəbul edib. 

Bildirilir ki, sözügedən bu sanksiyalar ilk dəfə 2014-cü ildə Rusiyanın Ukraynadakı vəziyyətin sabitliyini pozmağa xidmət edən hərəkətlərinə cavab olaraq tətbiq edilib. Bu sanksiyalar cari ilin fevral ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda əhəmiyyətli dərəcədə genişləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az