Britaniya səfiri Cəbrayılda minatəmizləməni izlədi

18:40 - 27 İyul 2022

Britaniya səfiri Cəbrayılda minatəmizləməni izlədi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayıla səfər edib və burada aparılan minatəmizləmə işləri ilə tanış olub.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı səfir öz rəsmi tviter hesabında paylaşıb.

“Bu gün Böyük Britaniyanın “Safe Lane Global” şirkətinin düşərgəsini və həmkar “Qaya Safety Solutions” şirkətini Cəbrayılda ziyarət etdim və orada həyata keçirilən mühüm təmizləmə əməliyyatları ilə tanış oldum. Mən həm də minaların harada olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum!”, - deyə səfir paylaşımda qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az