Patriarx Kirillin Litvaya girişinə qadağa qoyuldu

21:57 - 27 İyul 2022

Patriarx Kirillin Litvaya girişinə qadağa qoyuldu

Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillin Litvaya girişinə qadağa qoyulub.

Manşet.az xəbər verir ki, bu haqda Litvanın Daxili İşlər Nazirliyi açıqlama yayıb.

“Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill Ukraynanın ərazi bütövlüyünü və suverenliyini inkar etdiyinə, Rusiyanın beynəlxalq hüququ kobud şəkildə pozan təcavüzkar hərəkətlərini dəstəklədiyinə görə ölkəyə girişi qadağan edilib”, - deyə açıqlamada qeyd olunub.

Həmçinin Patriarx Kirillin Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqi və Rusiya-Ukrayna müharibəsində Rusiyanın ən böyük dəstəkçilərindən biri olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az