Ukraynadan ŞOK AÇIQLAMA: Rusiya ərazisinə zərbələr endirilə bilər

22:36 - 27 İyul 2022

Ukraynadan ŞOK AÇIQLAMA: Rusiya ərazisinə zərbələr endirilə bilər

“Ukrayna hərbçiləri Rusiya ərazisində yerləşən və ərazimizin atəşə tutulduğu obyektlərə zərbələr endirə bilər”.

Manset.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. 

“Əgər zərurət yaranarsa, həmin obyektlər vurulacaq. Prezidentin açıqlamaları da həmin ərazilərlə bağlı cavab verəcəyimizi təsdiqləyir. Ölkəmizə raketlərdən, təyyarələrdən və ya gəmilərdən atılan bütün atışlardan xəbərimiz var”, Danilov qeyd edib. 

Eyni zamanda o əlavə edib ki, Ukrayna Rusiya hərbçilərinin əraziləri haradan atəşə tutduğunu bilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az