Bu ölkə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü TƏSDİQLƏDİ

00:02 - 28 İyul 2022

Bu ölkə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü TƏSDİQLƏDİ

Şimali Makedoniya Assambleyası İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulma protokollarını təsdiqləyib.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin iclasında protokolları ratifikasiya edən hər iki qanun layihəsinə 103 deputat “hə” səsi verib.

NATO əleyhinə mövqeyi ilə tanınan Levica (Sol) Partiyasından iki deputat isə qanunun əleyhinə səs verib.

Parlamentin iclasında Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski və xarici işlər naziri Bujar Osmani, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri iştirak ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az