Rusiya Ukraynada hərbi hissəni vurdu - Yeniləndi

14:30 - 28 İyul 2022

Rusiya Ukraynada hərbi hissəni vurdu - Yeniləndi

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Kiyev vilayətinə raket zərbəsi endirib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba açıqlayıb. 

Məlumata görə, zərbə vilayətin Vışqorod rayonuna endirilib. Hazırda hadisə nəticəsində ölənlərin olub-olmaması araşdırılır.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının Baş Əməliyyat İdarəsinin sədrinin müavini Aleksey Qromovun sözlərinə görə, Rusiya ordusu Vışqorodun Lyutej kəndində hərbi hissəyə zərbə endirib.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya tərəfi hərbi hissəyə “Kalibr” qanadlı raketləri ilə 6 zərbə endirib. Zərbə nəticəsində bir bina dağılıb, daha ikisi isə zədələnib. 

Qromov Rusiya ordusunun Qara dəniz ərazisindən atəş açdığını da vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az