ÜST meymunçiçəyinə qarşı vaksinasiyanı tövsiyə edir - VİDEO

23:12 - 28 İyul 2022

ÜST meymunçiçəyinə qarşı vaksinasiyanı tövsiyə edir - VİDEO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş şəxslə təmasda olanları, həmçinin yoluxma riski yüksək olan insanları - tibb və laboratoriya işçilərini peyvənd olunmağa çağırıb.

Manset.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus vurğulayıb ki, hər bir fərd və cəmiyyət riskləri ciddi qəbul edib meymunçiçəyinə qarşı mübarizə apararsa, virusun yayılmasını dayandırmaq mümkündür.

Qeyd olunur ki, Kanada, Avropa İttifaqı və ABŞ-da meymunçiçəyi xəstəliyinin qarşısını almaq üçün “MVA-BN” adlı peyvənd artıq rəsmi olaraq təsdiqlənib.

Daha iki vaksin qiymətləndirmə mərhələsindədir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az