Fahriye Evcen oğluna görə restoranı TƏRK ETDİ

12:38 - 29 İyul 2022

Fahriye Evcen oğluna görə restoranı TƏRK ETDİ

İkinci uşağına hamilə olan aktrisa Fahriye Evcen həyat yoldaşı Burak Özçivit və oğlu Karanla istirahətə yollanıb.

 

Manset.az xəbər verir ki, Bodrumda yaxta ilə səyahət edən cütlük Yalıkavakdakı məkanlardan birində şam edib. 

Restoranda olarkən Karan bilmədən müştərinin əyləşdiyi masaya toxunub. 

Narahat edildiyi üçün əsəbiləşən müştəri Karana "Yavaş ol biraz, bu nədir?" sözlərini söyləyib. Fahriye azyşalı oğluna deyilənlərdən hiddətlənib. O, ayağa qalaxaraq "Etdiyiniz hərəkətə görə ayıb olsun. O, hələ uşaqdır" sölərini söyləyib.  

Əsəbini cilovlaya bilməyən müştəri "Nə edim ki uşaqdır?" sözləri ilə yenidən Fahriyeyə sərt reaksiya evrib. Bundan sonra cütlük azyaşlı oğlu Karanı da götürərək məkandan uzaqlaşıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az