“Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası avqustun ikinci yarısına təyin edilib” - Qriqoryan

23:22 - 29 İyul 2022

“Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası avqustun ikinci yarısına təyin edilib” - Qriqoryan

“Azərbaycan tərəfinin təklifi ilə Sərhədin Delimitasiyası və Təhlükəsizliyi Komissiyasının iclası avqustun ikinci yarısına təyin edilib”.

Manset.az xəbər verir ki, bu barədə “Armenpress”ə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

“Biz regional kommunikasiyaları açmağa hazır olduğumuzu dəfələrlə bildirmişik.

Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin həmsədrlik etdiyi kommunikasiyalar üzrə üçtərəfli işçi qrupunda biz müəyyən irəliləyişlər müşahidə edirik və eyni ruhda davam etməyə hazırıq”, - deyə Qriqoryan qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az