Zelenski Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin yeni komandirini təqdim etdi

23:38 - 29 İyul 2022

Zelenski Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin yeni komandirini təqdim etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələrinin yeni komandanı, briqada generalı Viktor Xorenoku şəxsi heyətə təqdim edib.

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı “Facebook” hesabında məlumat yayıb.

Təqdimat zamanı Zelenski əmin olduğunu bildirib ki, Xorenkonun rəhbərliyi altında Xüsusi Əməliyyat Qüvvələrinin çoxlu nailiyyətləri və qələbələri olacaq.

“Biz qələbəni hər gün daha da yaxınlaşdıracağıq”, - deyə o vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az