Bu gün yerli vaxtla səhər saat 6:00 radələrində İranın "ATA" Hava Yolları Şirkətinə məxsus 6643 saylı Məşhəd-Nəcəf reysi ilə hərəkət edən sərnişin təyyarəsinin havaya qalxdıqdan sonra təkəri partlayıb.
Manset.az sfera.az-a istinadən xəbər verir ki, Məşhəd hava limanından havaya qalxan təyyarə təkərinin partlamasından sonra yerə eniş etməyə məcbur olub.
Sərnişinlərin təyyarələrdə istifadə edilən xilasedici sürüşmə vasitəsilə təxliyə edildiyi bildirilir.
Məlumata görə, sözügedən aviaşirkət sərnişinlərin İraqın Nəcəf şəhərinə çatdırılması üçün başqa təyyarə ayırıb.