Bağdadda etirazlar zamanı zərərçəkənlərin sayı 125-ə ÇATDI

20:19 - 30 İyul 2022

Bağdadda etirazlar zamanı zərərçəkənlərin sayı 125-ə ÇATDI

Şənbə günü Bağdadda etiraz aksiyaları zamanı azı bir nəfər ölüb, 125 nəfər yaralanıb.

Manset.az TASS-a istinadən xəbər verir ki, yaralananlar arasında 25 İraq hərbçisi də var.

Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin Bağdadda hökumətin yaşıl zonasının ətrafına çəkilmiş beton hasara hücum edən radikal şiə İmam Müqtəda əs-Sədrin tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadəsi nəticəsində bəzi nümayişçilər boğulma əlamətlərilə xəstəxanalara yerləşdirilib.

Bundan əlavə, bir neçə etirazçı rezin güllələrdən yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az