İranın iki sərhədçisi müəmmalı şəraitdə həlak oldu

15:10 - 31 İyul 2022

İranın iki sərhədçisi müəmmalı şəraitdə həlak oldu

İranın iki sərhədçisi Qərbi Azərbaycan əyalətinin Salmas sərhəd rayonundakı ərazidə patrul xidməti apararkən həlak olub.

 

Bu barədə Manset.az xarici mətbuata istinadən xəbər verir.

Qərbi Azərbaycan Vilayəti Sərhəd Mühafizə Komandanlığının ictimaiyyətlə əlaqələr şöbəsi məlumatı təsdiqləyib. Qeyd edilir ki, İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Salmas rayonunun sərhəd alayının iki əsgəri patrul xidməti apararkən həlak olub.

Qeyd edək ki, Salmas qərbdə İraq, şimal-qərbdə Türkiyə ilə həmsərhəddir.

Bildirilir ki, bu hadisə ilə bağlı ətraflı məlumat aidiyyəti qurumlar tərəfindən daha sonra açıqlanacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az