ABŞ Konqresi Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çalışır

16:28 - 31 İyul 2022

ABŞ Konqresi Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çalışır

ABŞ Konqresi Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çalışır.

Manset.az "RBC Ukraina"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Andrea Kalan bildirib.

Departamentin nümayəndəsi telemarafonun efirində deyib ki, Konqres Rusiyanı terrorizmin sponsoru kimi tanımaq üçün meyarlar müəyyən edəcək.

Kalanın sözlərinə görə, bu, ölkəyə qarşı artıq qüvvədə olan sanksiyalara o qədər də təsir etməyəcək.

“Çünki artıq mövcud olan ən güclü sanksiyalar, bir ölkə terrorizmin sponsoru kimi müəyyən edildikdə tətbiq edilən sanksiyalara bənzəyir”, - nümayəndə vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az