Ukraynaya sursat göndərən iş adamının anbarı yandı

17:47 - 31 İyul 2022

Ukraynaya sursat göndərən iş adamının anbarı yandı

Bolqarıstanın Karnobat şəhərində iş adamı Emilian Qebryevə məxsus sursat anbarında yanğın baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə BNR radiostansiyası məlumat yayıb.

Radiostansiya yanğından əvvəl kiçik bir partlayışın olduğunu bildirsə də, polis bu faktı təkzib edib.

Hadisə zamanı xəsarət alan olmayıb. Qebryevin dediyinə görə, anbarda köhnəlmiş döyüş sursatları olub.

Qeyd edək ki, Emilian Qebreyev 2014-cü ildə Donbas münaqişəsi zamanı Ukraynaya sursat göndərdiyini etiraf etmişdi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az