İran-Əfqanıstan sərhədində atışma oldu

18:24 - 31 İyul 2022

İran-Əfqanıstan sərhədində atışma oldu

Bu gün günortadan sonra İranla Əfqanıstan sərhədində iki ölkə sərhədçiləri arasında silahlı insident baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə İranın yerli rəsmilərindən biri IRNA-ya açıqlama verib.

İranlı rəsminin açıqlamasına görə, İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Hirmənd rayonu sərhədində Əfqanıstan qüvvələri İran sərhədini keçmək istəyiblər. Silahlı insidentdə İran tərəfindən hər hansı itki olmayıb.

Əfqanıstanda bəzi KİV-i ağır artilleriyanın müşayiəti ilə baş verən silahlı insidentdə Əfqanıstan tərəfindən bir nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az