Üç avtomobil oğurlayan Qazaxıstan sakini ona yardım göstərən həkimlərin maşınını da qaçırdı

22:45 - 01 Avqust 2022

Üç avtomobil oğurlayan Qazaxıstan sakini ona yardım göstərən həkimlərin maşınını da qaçırdı

Qazaxıstanda narkotikin təsiri altında olan şəxs üç avtomobil oğurlayıb.

Manset.az xəbər verir ki, bu barədə “Çestnıy detektiv” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, ötən gecə narkotik təsiri altında olan şəxs Almatıda BMW markalı avtomobili qaçırıb və avtomobil “Audi”yə çırpılıb. Bundan sonra o, Esik şəhərinə çatıb və orada qarşıdan gələn zolağa çıxıb, nəticədə “Toyota” ilə toqquşub. Həmin şəxs hadisə yerindən qaçıb və bir müddət sonra “Nissan” markalı avtomobili qaçırıb. Lakin o, idarəetməni itirərək maşını aşırıb. Hadisə yerinə gələn həkimlər xəsarət alan sürücüyə kömək etməyə çalışsalar da, o, bu dəfə təcili yardım maşınını oğurlayıb və bu maşınla yenidən Almatıya qayıdıb.

Polisin təqibi nəticəsində sonda avtomobil saxlanılıb, həmin şəxs həbs edilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az