Özbəkistanda sosial şəbəkələrə giriş bərpa ediləcək

23:20 - 01 Avqust 2022

Özbəkistanda sosial şəbəkələrə giriş bərpa ediləcək

Özbəkistanda bloklanan “Facebook”, “Instagram”, “Twitter”, “VKontakte” və “Odnoklassniki” sosial şəbəkələrinə giriş bərpa olunacaq.

Manset.az xəbər verir ki, bu barədə bazar ertəsi respublika prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

“Özkomnazoratın (İnformasiya və Telekommunikasiya Sahəsində Nəzarət üzrə Dövlət Müfəttişliyi – red.) birtərəfli, düşünülməmiş hərəkətləri barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev məlumatlandırılıb. Düşünürəm ki, tezliklə bütün sosial şəbəkələrə giriş bərpa olunacaq”, - Əsədov bildirib.

Qeyd edək ki, ötən ilin yayında əksər sosial şəbəkələrə giriş “Fərdi məlumatlar haqqında” qanunun pozulması səbəbindən məhdudlaşdırılıb. Bu qanuna əsasən, bütün xarici şirkətlər ölkə daxilində Özbəkistan vətəndaşlarının şəxsi məlumatlarını emal edən serverləri yerləşdirməlidir.

Sosial şəbəkələrin qanunun tələbinə əməl edib-etmədiyi barədə hələlik məlumat verilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az