“Hazırki vəziyyət soyuq müharibədən qat-qat pisdir” - Medvedev

08:43 - 02 Avqust 2022

“Hazırki vəziyyət soyuq müharibədən qat-qat pisdir” - Medvedev

“Hazırki vəziyyət soyuq müharibə dövründəkindən daha təhlükəli görünür”.

Manset.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş Prezident Dmitri Medvedev teleqram kanalında yazıb.

“Mən bunu bir daha qeyd edəcəm. İndi vəziyyət soyuq müharibədən qat-qat pisdir. Çox pis! Biz isə bunda günahkar deyilik”,- o yazıb.

Medvedev vurğulayıb ki, ABŞ, gözlədiyi kimi, 2026-cı ildə başa çatan Strateji Hücum Silahlarının məhdudlaşdırılması haqqında START-3 müqaviləsinin yenilənməsi üçün Rusiyaya müraciət edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az