Braziliyanın San-Paulu şəhərində yaşayan və burnunun görünüşündən narazı olan şəxs evdə təkbaşına rinoplastika əməliyyatı etmək istəyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əməliyyat zamanı həddindən artıq qan itkisindən əziyyət çəkən şəxs dərhal xəstəxanaya çatdırılıb.
Vəziyyəti pisləşərək reanimasiya şöbəsinə yerləşdirilən şəxsin müalicəsi davam edir.
Həkimlər xəbərdarlıq ediblər ki, insanlar heç vaxt belə cəhdlərə əl atmamalıdırlar.