Cənubi Sudanda naməlum səbəbdən 89 nəfər ölüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı da xəstəliyin mənbəyini və nə olduğunu müəyyən etmək üçün bölgəyə qrup göndərib.
Camaatın içdiyi su, yediyi yeməklər yoxlanılmağa başlayıb.
Jonglei əyalətinin Fanqak şəhərinə göndərilən ilk nümunələrdən gələn nəticələrə əsasən, insanların ölümünə səbəb olan xəstəliyin vəba olmadığı bildirilib.
Komandalar hazırda digər ehtimalları araşdırır.