Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

23:25 - 07 Avqust 2022

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Silahlı Qüvvələri ada yaxınlığında Çin hərbi təlimlərinə cavab olaraq avqustun 9-u və 11-də canlı artilleriya atəşi ilə hərbi manevrlər keçirəcək.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, yerli təlimlərdə özüyeriyən haubitsalardan və minaatanlardan atəş açılacaq.

Bu arada, Çin Xalq Azadlıq Ordusunun komandanlığı bölgədəki hərbi təlimlərin müddətini uzadıb. Manevrlərin mütəmadi şəkil alacağı bildirilib.

Qeyd edək ki, bir gün əvvəl, avqustun 6-da genişmiqyaslı təlimlər fonunda ÇXR-in Tayvana 20 təyyarə göndərdiyi bildirilib. Onlardan 14-ü Tayvan boğazındakı bölücü xətti keçib. Bu xətt Pekin və Taypeyin nəzarəti altında olan zonaları ayırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az