Amerikalı aktrisa və prodüser Cessika Çesteyn Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna lideri instaqram hesabında bildirib.
“Amerikalı aktrisa Cessika Çesteyn bu gün Ukraynadadır. Bizim üçün məşhur insanların belə səfərləri çox qiymətlidir. Bunun sayəsində dünya ölkəmizdə baş verən hadisələr haqqında həqiqəti daha çox eşidəcək, biləcək və başa düşəcək. Dəstək üçün təşəkkür edirəm!”, - Zelenski yazıb.
“Ukrainskaya pravda”nın verdiyi xəbərə görə, Kiyevdə səfərdə olan C. Çesteyn “Oxmatdet” xəstəxanasına gedib. Orada ona hərbi vəziyyət zamanı tibb mərkəzinin fəaliyyəti haqqında məlumat veriblər. Aktrisa Xerson və Çerniqovdan olan uşaqlara baş çəkib.


