Ukraynanın Odessa şəhərində insanların dəniz sahilində, çimərliklərdə mina xəbərdarlığına məhəl qoymaması müzakirələrə səbəb olub.
Manset.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda hətta polislərin də oturaraq ətrafda baş verənlərə reaksiya vermədikləri, insanlara xəbərdarlıq etmədikləri görünür.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra xüsusən Odessa şəhərinin limanları minalanıb.