Ərdoğandan Ermənistana ÇAĞIRIŞ

16:30 - 08 Avqust 2022

Ərdoğandan Ermənistana ÇAĞIRIŞ

"Ermənistanın prosesləri doğru oxuyaraq Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin qısa müddətdə sabitliyə qovuşacağına inanıram”.

 

Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

"Bu günədək Azərbaycanla birgə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik. Ermənistanla xüsusi nümayəndələr səviyyəsində başlatdığımız görüşlər davam edir. Baş nazir Nikol Paşinyan Qurban Bayramı münasibətilə zəng vuranda çox konstruktiv danışıqlar apardıq", - deyə dövlət başçısı vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az