ABŞ minaların təmizlənməsi üçün Kiyevə 89 milyon dollar verəcək

22:51 - 09 Avqust 2022

ABŞ minaların təmizlənməsi üçün Kiyevə 89 milyon dollar verəcək

ABŞ minalardan təmizləmə ilə məşğul olacaq istehkamçıların hazırlanması üçün Kiyevə 89 milyon dollar ayıracaq .

Manset.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu vəsaitin ayrılmasını təsdiqləyib.

Onlardan 100 istehkamçı qrupunun hazırlanması və lazımi avadanlıqların alınması üçün istifadə olunacaq.

Bundan əvvəl ABŞ-ın Ukraynaya əlavə 5,5 milyard dollar yardım göndərəcəyi, bunun 4,5 milyard dollarının ölkənin təcili büdcə ehtiyaclarının, o cümlədən pensiya, sosial təminat və səhiyyənin maliyyələşdirilməsinə, 1 milyard dollarının isə hərbi yardıma yönəldiləcəyi bildirilirdi.

Pul Ukrayna hökumətinə tranşlarla daxil olacaq, birincisi 3 milyard dollar həcmində avqusta planlaşdırılıb. Beləliklə, Rusiya əməliyyatı başlayandan bəri ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 8,5 milyard dollar təşkil edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az