Nəqliyyat əlaqələrinin açılması Ermənistan üçün yeni imkanlar açacaq - Overçuk

21:33 - 19 Sentyabr 2022

Nəqliyyat əlaqələrinin açılması Ermənistan üçün yeni imkanlar açacaq - Overçuk

Azərbaycanla Ermənistan arasında yolların açılması təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacaq.

Manset.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunda çıxışı zamanı deyib.
O, Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılmasının təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacağını söyləyib.

"Üçtərəfli sazişlərdə nəzərdə tutulan regionda nəqliyyat əlaqələrinin açılması Ermənistanın iqtisadi inkişafı və bura investisiyaların axını üçün yeni imkanlar açacaq",- deyə Rusiya Baş nazirinin müavini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az