Səudiyyə vətəndaşı olan Əbu Abdullah 43 il boyunca 53 qadınla evlənərək rekord qırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Abdullah evlilik həyatı ilə bağlı bunları deyib:
"İlk dəfə ailə quranda özümü rahat hiss etdiyim və uşaq sahibi olduğum üçün birdən çox qadınla evlənməyi planlaşdırmırdım. Evləndiyim qadınların əksəriyyəti səudiyyəli olub. Birinci həyat yoldaşım özümdən böyük idi. Biz evlənəndə mənim 20, həyat yoldaşımın isə 26 yaşında olub.
Lakin bəzən xaricdə ezamiyyətdə olarkən tanış olduğum qadınlarla evləndim. Üç-dörd aylıq xaricdə idim. Ona görə də özümü günahdan xilas etmək üçün ailə qurdum”.
Onun kişilərə evliliklə bağlı verdiyi tövsiyə təəccüb doğurub:
“Həmişə özündən böyük arvad seç. Dünyadakı hər bir kişi bir qadına sahib olmaq və əbədi olaraq onunla qalmaq istəyir. Amma sabitlik gənc qadında yox, yaşlı qadında olur”.