“Yaralı hərbçilərimiz “Qazprom”un avtomobili ilə daşınıb” - Erməni KİV

12:00 - 20 Sentyabr 2022

“Yaralı hərbçilərimiz “Qazprom”un avtomobili ilə daşınıb” - Erməni KİV

Ermənistan Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribatlar zamanı orduya məxsus avtomobillərlə yanaşı, mülki şəxslərin və şirkətlərin maşınlarından da istifadə edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Hraparak” yayıb.

“Ölkə rəhbərliyi son hadisələr zamanı ölən hərbçilərin adlarını, tam siyahısını gizlətsə də, müharibə iştirakçılarının sözlərinə görə, onlar orduya məxsus avtomobillərdən istifadə etməklə yanaşı, yaralıların daşınması üçün “Qazprom” şirkətinə məxsus “UAZ” markalı avtomobildən də istifadə ediblər”, - deyə məlumatda qeyd olunub. 

Bildirilir ki, Ermənistan mediası “Qazprom Ermənistan”a məsələ ilə bağlı sorğu göndərib. Şirkət isə öz növbəsində sözügedən məlumatları təkzib edib. 

“Bizimlə rəsmi olaraq əlaqə saxlanılmayıb, bu səbəbdən də avtomobil göndərməmişik”, - deyə məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az