Gürcüstanda banka silahlı HÜCUM: 12 girov var - VİDEO

14:22 - 20 Sentyabr 2022

Gürcüstanda banka silahlı HÜCUM: 12 girov var - VİDEO

Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs banka hücum edib.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilir ki, “Gürcüstan Bankı”nda 12 nəfər girov götürülüb.

“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.

Qeyd edək ki, soyğuncu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.

İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az