Ermənistanın hərbi prokuroru və onun müavinləri işdən çıxarıldı

16:00 - 20 Sentyabr 2022

Ermənistanın hərbi prokuroru və onun müavinləri işdən çıxarıldı

Ermənistanda hərbi prokuror və müavinləri işdən çıxarıldı.

 

Manset.az BAKU.WS-ya istinadən xəbər verir ki, Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan hərbi prokuroru və onun iki müavinini işdən çıxarıb.

O, parlamentə seçildikdən bir gün sonra baş prokurorun müavininin, hərbi prokuror Vahe Arutyunyanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Həmin gün hərbi prokurorun müavini Arsen Sərdaryan da tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Hovhannisyan bu vəzifəyə cəmi 3 gün əvvəl - sentyabrın 16-da təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az