Dünən Kraliça II Elizabetin dəfn mərasimində iştirak edənlər arasında Kanadanın baş naziri Castin Trudeu da var idi. Trudeunun qaldığı oteldə əyləndiyi görüntülər sosial mediada gündəm olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Trudeunun qaldığı oteldə etdikləri sərt reaksiyalara səbəb olub.
Baş nazir Londonda otelin foyesində əylənərkən görüntülənib.
Pianoda ifa edən şəxsin yanında dayanan Trudeu mahnı oxuyub.
Kanada Baş nazirinin bu addımı hörmətsizlik kimi qiymətləndirilib.