Donbasda referendum QƏRARI

17:18 - 20 Sentyabr 2022

Donbasda referendum QƏRARI

Donbasda, Rusiya tərəfdarı olan separatçılar referendum təşkil etmək qərarına gəlib. Bir neçə gün ərzində Donetsk və Luqanskda referendum keçiriləcək.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qondarma Donetsk Xalq Respublikasının (DXR) Rusiyaya qoşulması ilə bağlı referendum sentyabrın 23-dən 27-dək keçiriləcək.

Eyni tarixlərdə qondarma Luqansk Xalq Respublikasında (LPR) referendumun keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, referendumla bağlı qərarı Donetsdəki “xalq şurası” verib.

Referendumla bağlı bəyanatda deyilir: “Uzun müddət əziyyət çəkən Donbas xalqı, həmişə vətənləri olaraq düşündükləri böyük bir ölkənin bir hissəsi olmağa layiqdirlər. Bu, milyonlarla rus xalqının istədiyi tarixi ədalətin bərpası olacaqdır”.

Rus senator Andrey Turçak, referendumun "gecikmiş bir zərurət" olduğunu bidirib:

"Əslində Donbas və digər xilas edilmiş ərazilər onsuz da Rusiyanın bir hissəsidir”. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az