“Almaniya Donbasın Rusiyaya daxil olması ilə bağlı referendumu tanımır” - Şolts

20:40 - 20 Sentyabr 2022

“Almaniya Donbasın Rusiyaya daxil olması ilə bağlı referendumu tanımır” - Şolts

Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniya Donbas və digər Ukrayna ərazilərinin Rusiyaya daxil olmasına dair referendumları tanımır.

“Rusiya qoşunlarını Ukraynadan çıxarmalıdır. Ukraynanın öz ölkəsinin bütövlüyünü və suverenliyini, demokratiyasını müdafiə etmək hüququ var.

Manset.az xəbər verir ki, Biz bu işdə Ukraynanı dəstəkləyirik”, - deyə kansler çərşənbə axşamı BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gəldikdən sonra deyib.

“Buna görə də tamamilə aydındır ki, bu qondarma referendumlar qəbul edilə bilməz.

Onlar beynəlxalq hüquq və dünya ictimaiyyətinin əldə etdiyi anlaşma ilə əhatə olunmur”, - Almaniya hökumətinin başçısı vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az