Rusiya hərbi səfərbərliyə hazırlaşır - Ceyk Sallivan

22:15 - 20 Sentyabr 2022

Rusiya hərbi səfərbərliyə hazırlaşır - Ceyk Sallivan

Rusiya hakimiyyəti hərbi səfərbərlik həyata keçirməyə hazırlaşır.

Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O, deyib ki, Rusiya Ukraynanın nəzarətində olan və olmayan ərazilərində psevdoreferendum keçirəcək. Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması “səfərbərlik”, “hərbi vəziyyət” və “müharibə vaxtı” anlayışlarını Cinayət Məcəlləsinə daxil edən dəyişikliklər qəbul edib.

Yeni dəyişikliklərə əsasən, hərbi təlimlərə çağırılmış ehtiyatda olan Rusiya vətəndaşları hərbi xidmətdən yayınmağa görə müqaviləli əsgərlər və çağırışçılarla bərabər əsasda cinayət məsuliyyəti daşıyacaqlar.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az