"Sülhün bərpası üçün Rusiya ilə dialoq aparmağa hazırıq" - Makron

23:28 - 20 Sentyabr 2022

\"Sülhün bərpası üçün Rusiya ilə dialoq aparmağa hazırıq\" - Makron

Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı dünyanın yeni bloklara və ittifaqlara bölünməsinin qarşısını almağa çağırıb.

Manset.az xəbər verir ki, Fransa lideri sülhün bərpası ilə bağlı Rusiya ilə dialoq aparmağa hazır olduğunu bildirib .

Bundan əvvəl Makron yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə nüvə məsələsi ilə bağlı telefon danışığı aparmağı planlaşdırdığını açıqlamışdı . O xatırladıb ki, artıq Rusiya prezidenti ilə nüvə təhlükəsizliyi məsələsini müzakirə edib və bu mövzu hər iki ölkənin xarici işlər nazirləri arasında keçirilən danışıqlarda da qaldırılıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az