Rusiyada “qismən səfərbərlik” elanı nəticəsində təxminən 300 min nəfər hərbi xidmətə çağırılacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kreml “qismən səfərbərlik” qərarının təfərrüatlarını açıqlayıb və bu qərarda yalnız ehtiyatda olan vətəndaşların məcburi hərbi xidmətə cəlb olunacağı bildirilib.
Bu gündən etibarən qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan Rusiya Federasiyası vətəndaşları müqavilə əsasında Rusiya ordusunda xidmət edən hərbi qulluqçu statusuna sahib olacaqlar. Səfərbərliyə çağırılanlara müqaviləli əsgərlərin maaşı səviyyəsində ödəniləcək.
Müqaviləli əsgərlərin müqavilə müddətləri səfərbərlik dövrünün sonuna qədər davam edəcək. Qismən səfərbərlik dövründə müqavilə əsasında hərbi xidmət keçənlər və səfərbərlik üçün hərbi xidmətə götürülənlər yalnız yaşına və sağlamlıq vəziyyətinə görə və ya məhkəmə tərəfindən azadlıqdan məhrum edilməklə vəzifədən azad edilə bilərlər.
Fərmana əsasən, Rusiya hökuməti qismən səfərbərlik fəaliyyətini maliyyələşdirəcək və Rusiya ordusunun ehtiyaclarını ödəmək üçün lazımi tədbirlər görəcək.
Qubernatorlara səfərbərlik çağırışı zamanı Müdafiə Nazirliyi tərəfindən hər bir rayon üçün tələb olunan əsgər sayını müəyyən edilmiş müddətdə təmin etmək tapşırılıb. Müdafiə sənayesində çalışan Rusiya vətəndaşları səfərbərlik xidmətinə daxil edilməyəcək