Rusiyada qismən səfərbərlik elan edilməsi aviabiletlərə tələbatı artırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyada bilet satışı ilə məşğul olan şirkətlər Rusiyadan bir çox ölkəyə sentyabrın 21-nə olan biletlərin tükəndiyini bildirib.
Bu gün səhər saatlarından etibarən aviabilet satışı xidmətləri Sankt-Peterburqdan qonşu ölkələrin paytaxtlarına uçuşlara kəskin tələbatın artığını qeydə alıb.
Artıq İrəvan, Astana və Bişkekə birbaşa uçuşlar üçün biletlər qalmayıb. Hələlik Bakı, Minsk və İstanbula uçmaq mümkündür.
Qazaxıstanın paytaxtı - Astanada sentyabrın 21-nə bilet qalmayıb. Aviasales aviabiletlərinin alınması üzrə aqreqatorun məlumatına görə, biletləri sentyabrın 22-də və daha sonra əldə etmək olar. Onların əksəriyyəti bir neçə saatlıq transferlərlə, bəziləri bir-iki gün gecikir.