Almaniya ölkənin ən böyük Rusiya qazı idxalçısı olan “Uniper”lə bağlı qərar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya, ölkənin ən böyük Rusiya qazı idxalçısı olan “Uniper”i müsadirə etməyə qərar verib.
Qərar çərçivəsində hökumətin Uniperə 8 milyard avro kapital köçürəcəyi açıqlanıb.
Müsadirə qərarından sonra Almaniya dövləti şirkətin 99 faizinin sahibi olub.